27 sentyabr 2016 18:00

Coşqun Diniyev: Layiq olan qalib gələcək

"Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı fikirləriniz?
- Çətin olacağını bilirdik. Gəncə səfəri ən çətin səfərlərdən biri hesab olunur. "Kəpəz" doğma meydanda uğurlu çıxış edir. Həm də stadionun qazonu ağır vəziyyətdə olduğundan bizə mane olurdu. Bütün bunları bilsək də, qələbə qazanmaq istəyirdik. Alınmadı, bir xalla kifayətlənməli olduq. Ola bilsin ki, bəxtimiz gətirmədi.

- Heç-heçəni ədalətli nəticə hesab edirsiniz?
- Matç heç-heçə bitdisə, deməli, heç-heçə ədalətli nəticədir. Hər iki komanda çox qol vurmağa çalışdı. Lakin gördüyünüz kimi, qarşılaşma 1:1 hesabıyla bitdi.

- "Qarabağ" sanki buraxılan qoldan sonra toparlana bilmirdi...
- Mən belə hesab etmirəm. Qazon oyunumuza təsir göstərirdi. Topla istədiyimiz kimi davrana bilmirdik. İstədiyimiz oyunu sərgiləyə bilməməyimizi buraxdığımız qolla əlaqələndirməzdim.

- Atanızın çalışdığı, qardaşınızın oynadığı komandaya qarşı mübarizə apardınız. Oyundan sonra söhbətiniz oldu?
- Ötən mövsüm bu suala cavabım emosional alınmışdı. Amma indi buna alışmışam. Çünki ötən mövsüm dörd belə oyunumuz olmuşdu.

- Növbəti turda rəqib "Qəbələ"dir. Hələ də qol buraxmayan bu komanday qalib gələcəyinizə inanırsınız?
- İstənilən komanda xal itirə bilər. Bu, realdır. Hər bir komanda meydana qələbə üçün çıxır. "Qəbələ" ilə oyun bizim üçün xüsusi olacaq. Fikrimcə, layiq olan qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.