27 sentyabr 2016 17:30
Öncə Souza, sonra Qurbanov
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İtaliyanın "Fiorentina" klubu ilə "Qarabağ" arasında baş tutacaq oyundan öncə mətbuat konfransları keçiriləcək. Azerisport.az xəbər verir ki, öncə florensiyalıların çalışdırıcısı Paulo Souza jurnalistlərlə görüşəcək (Bakı vaxtı ilə saat 15:00).
Qurban Qurbanovun jurnalistlərlə görüşü isə saat 21:00-da gerçəkləşəcək.
Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" oyunu sentyabrın 29-da Florensiyadakı "Artemio Franki" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
