27 sentyabr 2016 15:40

Oqtay Abdullayev: Turan Tovuzun hədəfi Premyer Liqaya yüksəlməkdir

"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev komandanın Birinci Divizonun yeni mövsümünə uğurlu start verməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bu klubdakı ilk iş ilimiz daha çox bərpa prosesinə həsr olunmuşdu. Bu mövsüm isə qarşımıza yüksək hədəflər qoymuşuq. Premyer Liqaya yüksəlmək istəyirik. Bunun üçün də hələ ötən mövsümdən komandanın sükanı arxasına Əsgər Abdullayevi gətirdik. O, yaxşı komanda formalaşdırıb. Onun keçmiş futbolçusu Nadir Nəbiyev də bizim strukturda çalışır. İşlər tam gücü ilə davam edir. Startda üç qələbə yaxşı nəticədir. Amma bu, hələ mövsümün əvvəlidir. Fikrimcə, qarşıya qoyduğumuz məqsədə çata bilərik. Tovuzun icra hakimi Tofiq Zeynalov da bizə yaxşı dəstək göstərir. O, futbolu sevən insandır. Bizə kömək edir. Tovuzda futbolu sevirlər. Biz onları tribunalara toplamaq üçün çalışmırıq, onlar özləri hər oyunda bizə dəstək göstərirlər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.