27 sentyabr 2016 14:40

Rəşad Abdullayev: Özüm Neftçiyə müraciət etmərəm, amma onlar istəsə...

Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Rəşad Abdullayevin azerisport.az saytına müsahibəsi

- Hələ karyeranızı başa vurmamısınız?
- Hələ tam rəsmiləşməyib. "Zirə" mənim üçün vida matçı təşkil etməyi təklif etdi. Amma mən hələ oynamaq istəyirəm.

- Nə əcəb özünüzə yeni klub tapa bilmirsiniz?
- Birinci divizion klublarından təkliflər var idi. Amma mən demişəm ki, oynasam, yalnız Premyer Liqada çıxış edəcəyəm. Məsələ heç pulda da deyil. Normal müqavilə təklif edən klub tapmaq olar. Nə qədər yekəxana səslənsə də, mənim səviyyəm Premyer Liqada oynamağa imkan verir.

- Bəlkə, Mahir Şükürov kimi, siz də "Neftçi"yə müraciət edəsiniz?
- Bu, mənim üslubum deyil. Amma bakılılar təklif etsələr, mən hazıram. Həm də orada elə vəziyyət yaranıb ki, təcrübəli oyunçulara ehtiyac var. Özüm müraciət etməyəcəyəm. Mahirə gəlincə, forma yığsa, komandaya faydası toxuna bilər.

- Bəs siz hazırda necə formadasız?
- Normal. Mənim sadəcə, bir neçə aydır oyun təcrübəm yoxdur. Amma fərdi proqram üzrə məşq edirəm. Hazırda azad agentəm. Kimsə xidmətimdə maraqlı olsa, kömək etməyə hazıram (gülür).

- Bəs belə bir təklif olmasa?
- Karyeramı başa vuracağam. Amma hiss edirəm ki, hələ oynaya bilərəm. Premyer Liqamızın hazırkı səviyyəsini nəzərə alsaq, bu çempionatda sakitcə oynaya bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.