26 sentyabr 2016 17:30

İnterdə 3 yubiley

Topaz Premyer Liqasının 6-cı turunun AZAL-la oyunu Bakının “İnter” klubu üçün yubileylərlə zəngin olub. Azerisport.az xəbər verir ki, səfərdə oynayan paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, ölkə çempionatları tarixində 100-cü səfər qələbəsini qazanıb.

“İnter” rəqib meydanlarında ən azı bu qədər matçda qalib gələn 3-cü komanda olub. Bunadək yalnız “Neftçi” və “Qarabağ” “100”ü arxada qoyub. Sonuncular 144, “ağ-qaralar” rekord sayda - 172 dəfə səfərdən 3 xalla dönüb.

“İnter” buna 233-cü səfər matçında nail olub. Bakılıların rəqib meydanlarında 59 heç-heçəsi və 74 məğlubiyyəti var.

Bu qarşılaşma matçda hesabı açan Nizami Hacıyev üçün də əlamətdar olub. “İnter”in yarımmüdafiəçisi Premyer Liqada özünün 25-ci qolunu vurub. O, buna 229-cu matçında nail olub. Bu qollardan 20-ni “İnter”də qeyd edən orta sahə oyunçusu paytaxt klubunun heyətində də yubiley sevincini yaşayıb. Nizami komandasındakı 115-ci görüşdə 20-ci dəfə fərqlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.