26 sentyabr 2016 14:40

Tural Axundov: Qarabağa heç nədə uduzmadıq

"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- "Kəpəz" 1 xala görə sevinir, ya 2 xal itirdiyinizi düşünürsən?
- Qələbə daha yaxşı olardı. Amma düzünü etiraf etsəm, heç-heçə də pis nəticə deyil. Komanda yoldaşlarım sağ olsunlar ki, sonadək mübarizə apardılar.

- Matçın sonunda komandanız çox yorğun görünürdü...
- Bizim üçün ikiqat çətin idi. Çünki həm güclü rəqibə qarşı mübarizə aparırdıq, həm də meydança ağır vəziyyətdə idi. Ola bilsin ki, buna görə yorğunluq gözə çarpırdı.

- "Kəpəz"in açıq futbol oynamaması, əks-hücumlara üstünlük verməsi baş məşqçi Şahin Diniyevin tapşırığı idi?
- Xeyr, biz "Qarabağ"dan çəkinmirdik. Amma rəqibi əks-hücumlarda yaxalamaq tapşırığı almışdıq. Fikrimcə, bu gün "Qarabağ"a heç nədə uduzmadıq. Əksinə, 2-3 qol şansını boşa verdik.

- Amma "Qarabağ" yaradılan qol epizodlarına görə qələbəyə daha çox layiq idi...
- Futbolda hər şey olur.

- Demək olar ki, "Kəpəz"in əsl gücü budur? Yoxsa, "Qarabağ"a qarşı ən yaxşı oyununuzu göstərə bilmədiniz?
- Xeyr, "Kəpəz"in əsl gücü bu deyil. Biz bu gün qazona görə belə oynadıq. Növbəti oyunlarda daha yaxşı oynayacağımızı siz də görəcəksiniz.

- Razısınız ki, Julien Ebah ötən mövsümkü kimi oynamır? Daha bir hücumçu almaq yaxşı olmazdımı?
- Bunu məşqçilər özü də görür. Ebah özü də qol vurmağı çox istəyir. Ona uğurlar arzulayıram. İnanıram ki, növbəti matçlarda bizi sevindirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.