26 sentyabr 2016 12:20
Əliyar Ağayev Roma - Astra oyununda!
UEFA Avropa Liqasının E qrupunda sentyabrın 29-da "Stadio Olimpiko"da keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Azerisport.az xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.
