26 sentyabr 2016 12:40

Bezotosnıdan yeni rekord

Topaz Premyer Liqasının 6-cı turunda “Qəbələ” səfərdə “Zirə”nin qonağı olub. Azerisport.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümün 6-cı oyununda da qapısını toxunulmaz saxlayıb.

Belə ki, sözügedən komanda “Kəpəz” (2:0), “İnter” (0:0), “Neftçi” (8:0), AZAL (3:0) və “Sumqayıt”la görüşlərdə də qol buraxmamışdı. 6 matçda rəqib qapılarına 17 top vuran “Qəbələ” tarixinin ən uğurlu startına imza atıb. “Qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı isə öz rekordunu yeniləyib. Ötən mövsümün son iki matçında – AZAL (2:0) və “Kəpəz”lə (1:0) görüşlərdə də qol buraxmayan qolkiper ardıcıl “quru” oyunlarının sayını 8-ə çatdırıb. Bu, klub tarixində 2-ci belə seriyadır. 2010-cu ilin sonunda “Qəbələ” ardıcıl 10 matçda qol buraxmamışdı.

Bezotosnı isə sonuncu dəfə mayın 11-də “Qarabağ”la qarşılaşmanın 32-ci dəqiqəsində qol buraxıb. Həmin vaxtdan sonra qapısını 778 dəqiqə toxunulmaz saxlayan Dmitri ötən mövsümkü nəticəsini geridə qoyub. Həmin vaxt ukraynalı əlcək sahibi 727 dəqiqə qol buraxmamışdı. Bu dəfəki seriya Bezotosnıya İFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən tərtib olunan və ən azı 660 dəqiqə qol buraxmayan qapıçıların siyahısına 2-ci dəfə düşmək imkanı verib. Lakin Bezotosnı “Qəbələ”nin tarixinin rekordunu yeniləmək üçün növbəti matçları gözləməlidir. Azərbaycan çempionatları tarixində 9-cu olan Dmitri bu siyahıda 5-ci olan Pavel Doroşevdən 174 dəqiqə geri qalır. “Qəbələ”nin rekordçusu 2010-cu ildə 952 dəqiqəlik seriyaya imza atmışdı.

“Qəbələ” startda 6 oyun qol buraxmayan 3-cü komanda olub. 1998/99 mövsümündə “Dinamo”, 2010/11 mövsümündə “Xəzər Lənkəran” bunu bacarıb. Startda ən uzun qol buraxmamaq seriyası da cənublulara məxsusdur. Bakılılar 7-ci oyununda qol buraxıbsa, Lənkəran klubu yalnız 8-ci matçında qapısında qol görüb. “Qəbələ” növbəti turda qol buraxmasa, “Xəzər Lənkəran”a məxsus rekordu təkrarlayacaq.

“Zirə” ilə qarşılaşma Teo Uiksin dublu ilə də əlamətdar olub. Ölkə çempionatlarında qol hesabını açan liberiyalı “Qəbələ”nin tarixində 41-ci dublun müəllifi olub. O, bunu bacaran 28-ci futbolçudur.

Bunadək keçirdiyi son 3 oyunda da qalib gələn “Qəbələ” mövsümün rekorduna da şərik olub. “Qırmızı-qaralar” cari mövsümdə ardıcıl 4 matçda 3 xal qazanan 2-ci komanda olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.