26 sentyabr 2016 11:40

Emin Kürdov: Tam heyətlə Portuqaliyanı keçərdik

Futzal üzrə Azərbaycan yığmasının üzvü Emin Kürdov DÇ-2016-nın 11/4 final mərhələsi çərçivəsində Portuqaliyaya qarşı oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyun barədə nə deyərdiniz?
- Portuqaliyaya qarşı oyunun çətin olacağını bilirdik. Onların heyətində çoxlu dünya səviyyəli oyunçu var. Buna baxmayaraq, yaxşı oynadıq. Sonadək mübarizə apardıq. Son dəqiqələrdə qol vurmaq üçün neçə şansımız oldu. Amma bəxtimiz gətirmədi. İstənilən halda ölkə futzalında yeni tarix yazdıq. Dünyanın 8 ən güclü komandası sırasında yer almaq böyük uğurdur.

- Heyətdəki itkilərin təsiri çox oldu?
- Bəli. Üç aparıcı oyunçunun yoxluğu istənilən komandanın çıxışına təsir göstərərdi. 99 faiz əminəm ki, tam heyətlə oynasaydıq, Portuqaliya səddini keçərdik. Belə rəqibə qarşı əvəzetməsiz oynamaq çox çətindir.

- Yəqin ki, əsas heyətlə oynasaydınız, daha çox hücum edərdiniz...
- Bəli. Müdafiədən oynamağa başladıq. Rəqibi gözləyirdik. Əks halda ilk dəqiqələrdən hücum futbolu oynayacaqdıq.

- DÇ-nin ən uğurlu oyunçularından sayılan Rövşən Hüseynlinin əvəzində qapıda durduğunuzu nəzərə alsaq, həyəcan var idimi?
- Matçın ilk 4-5 dəqiqəsində istənilən qapıçıda həyəcan olur. Amma sonradan hər şey qaydasına düşür. Oyundan öncə ailəmə də söz vermişdim ki, əlimdən gələni edəcəyəm. Fikrimcə, vəzifəmin öhdəsindən gəldim.

- Daha artığına nail ola bilməməyinizə məyus deyilsiniz?
- Əlbəttə, üzücüdür ki, mübarizəni dayandırdıq. Medal qazana bilərdik. Hətta finala da çıxa bilərdik. Amma unutmayaq ki, bizim əsas hədəfimiz 1/8 finala yüksəlmək idi. Biz isə 1/4 finala qədər irəlilədik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.