26 sentyabr 2016 00:15

Maksim Medvedev: Gəncədə 1 xal qazanmaq pis nəticə deyil

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri səfər oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Heç-heçəyə görə sevinməyə dəyər?
- Birinci hissədə oyunumuz alınmadı. Axşam yağış yağdığından meydança ağır vəziyyətdə idi. Amma fasilədən sonra uyğunlaşdıq və daha yaxşı oynamağa, topa nəzarət etməyə başladıq. Baxmayaraq ki, meydançanın vəziyyəti topla istədiyimiz kimi davranmağa imkan vermirdi. Bir xal pis nəticə deyil. Həm də nəzərə almaq lazımdır ki, biz matçın gedişində məğlub durumda idik.

- Bəlkə Gəncəyə oyun günü gəlməyinizin təsiri oldu?
- Hesab edirəm ki, belə daha yaxşıdır. İmkan varsa, bu cür etmək lazımdır. Yol cəmi bir saat çəkir.

- Təyyarə ilə gəlmək maddi baxımdan da sərfəlidir?
- Mən belə məsələlərə qarışmıram. Bircə onu deyə bilərəm ki, bizim üçün rahat oldu. Bakıda hər cüt şəraitimiz var, bazamızda qalırıq, sonra isə oyuna yollanırıq. Təyyarə ilə Gəncəyə gəlmək avtobusla Bakıdan Sumqayıta getmək qədər vaxt alır.

- İkinci hissədə İlqar Qurbanovla əvəzlənməyinizin xüsusi bir səbəbi var idi?
- Bu sualı baş məşqçiyə verməyiniz daha yaxşı olardı. O, meydanın ağır olduğunu görürdü. Həm də rəqibin heyətində də Nicat Qurbanov yenicə meydana çıxmışdı.

- Bəlkə sizi Avropa Liqası çərçivəsində qarşılaşacağınız İtaliya "Fiorentina"sı ilə oyun üçün qoruyurdu?
- Ola bilər ki, Qurban Qurbanov "Fiorentina" ilə oyun öncəsi heç birimizin zədələnməsini istəmirdi. Hər halda həmin oyuna da hamımız tam hazır olmalıyıq.

- Florensiyada keçirəcəyiniz oyundan nə gözləyirsiniz?
- Çox maraqlı oyun olacağını gözləyirik. Biz futbolçular "Fiorentina”nın necə böyük komanda olduğunu bilirik. "Qarabağ" Avropada 3-4 ildir tanınır. Amma azarkeşlərimiz bizdən çox şey gözləyir. Hətta elələri var ki, "Fiorentina”nın "Real” gücündə olmadığını deyir. Ancaq başa düşmək lazımdır ki, "Fiorentina” həm səviyyəsinə, həm də oyunçularına görə "Qarabağ”dan üstündür. Bizim üçün çox çətin oyun olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.