24 sentyabr 2016 20:20
Qəbələnin rəqibi doğma meydanda uduzdu
Futbol üzrə Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Bayer"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
Qeyd edək ki, 5 turdan sonra 7 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 8-ci pillədə qərarlaşıb.
