24 sentyabr 2016 17:00

Azərbaycan çempionatında 6 ildən sonra

“Qəbələ” Topaz Premyer Liqasının 2016/17 mövsümünün startdakı 5 oyununda qol buraxmayan yeganə komandadır. Azerisport.az xəbər verir ki, 3-cü turdan təxirə salınan “Sumqayıt”la oyununda 2:0 hesabı ilə qələbə qazanan “qırmızı-qaralar” son 6 mövsümdə belə starta imza atan ilk klub olub.

Belə ki, ölkə çempionatları tarixində startdakı 5 matçda qol buraxmayan sonuncu komandaya 2010/11 mövsümündə təsadüf olunmuşdu. 6 il əvvəl bunu gerçəkləşdirən “Xəzər Lənkəran” idi. Ümumiyyətlə, “Qəbələ” ölkə çempionatlarının 24 illik tarixində 6-cı belə seriyanın müəllifi oldu ki, ilk 5 matçda qol buraxılmasın. Bunu ilk reallaşdıran “İnşaatçı” olubsa, “Xəzər Lənkəran” 2 dəfə bacaran yeganə komandadır. Lakin “Qəbələ” qol buraxmadan start götürən komandalar arasında ən məhsuldarı olub – 15 top.

1993/94. “İnşaatçı” B – 2 qələbə, 3 heç-heçə, top fərqi - 2:0

1995/96. “Xəzri” – 5 qələbə, top fərqi – 7:0

1998/99. “Dinamo” – 4 qələbə, 1 heç-heçə - 8:0

2007/08. “Xəzər Lənkəran” – 5 qələbə, top fərqi - 12:0

2010/11. “Xəzər Lənkəran” – 4 qələbə, 1 heç-heçə, top fərqi - 7:0

2016/17. “Qəbələ” – 4 qələbə, 1 heç-heçə, top fərqi – 15:0

Xatırladaq ki, ötən mövsümün son iki oyununda da qol buraxmayan “Qəbələ”nin seriyası ümumilikdə 7 matçı əhatə edir. Komandanın qapıçısı Dmitri Bezotosnı isə 688 dəqiqəlik “quru” seriya ilə “660” səddini adlayan qolkiperlərdən təşkil olunan İFFHS-in cədvəlinə layıq nəticə göstərib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.