24 sentyabr 2016 14:00
Millimizin sabiq baş məşqçisi Qazaxıstan yığmasını çalışdıra bilər
Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Joze Alesio Qazaxıstan millisinin baş məşqçisi ola bilər. Azerisport.az xəbər verir ki, bu ölkənin əsas komandasını çalışdıran braziliyalı mütəxəssis Kakau postundan ayrılmağa qərar verib.
O, bəyan edib ki, köməkçisi Joze Alesio Qazaxıstan yığmasındakı işini davam etdirəcək. Böyük ehtimalla qazaxlar yeni baş məşqçi axtarışına çıxmayacaqlar və komandanı daha yaxşı tanıyan Alesionun vəzifəsini artıracaqlar.
