24 sentyabr 2016 00:20
Vitali Borisov: Tailanda əsas vaxtda qalib gəlmək istəsək də, alınmadı
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov DÇ-2016-nın 1/8 finalında Tailand üzərində qazandıqları qələbəni (13:8) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz əlavə vaxtın olmasını istəmirdik, matçın taleyini əsas vaxtda həll etməyi arzulayırdıq. Amma alınmadı. Hesabda geridə olduğumuz anlar da var idi və buna görə uduzacağımıza dair qorxu yaranırdı. Lakin komandamıza inanırdım. Düşünürdüm ki, qrup mərhələsində İran, İspaniya və Mərakeş kimi komandalara qarşı oyundan sonra Tailanda uduzmağımız fiasko olar. Şadam ki, qələbə qazanıb mərhələ adladıq".
