24 sentyabr 2016 00:10
Ansi Aqolli: Qurban Qurbanovla De Byazinin fərqli strategiyası var
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli komandasının baş məşqçisi Qurban Qurbanov və Albaniya yığmasındakı çalışdırıcısı Canni de Byazi barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onlar fərqli mütəxəssislərdir. İlk növbədə onu qeyd edərdim ki, fərqli strategiyaları var. Belə də olmalıdır. Çünki hər məşqçinin öz strategiyası olur".
