23 sentyabr 2016 17:00

Rahid Əmirquliyev: Gəncədə oynamaq çətin olsa da, 3 xal üçün gedəcəyik

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- "Kəpəz"ə qarşı keçirəcəyiniz növbəti oyuna hazırlıq necə gedir? Bu oyundan nə gözləyirsiniz?
- İlk növbədə onu qeyd edim ki, Gəncədə bizi çox ağır matç gözləyir. "Kəpəz" doğma azarkeşləri qarşısında həmişə yaxşı oynayır. Orada oynamaq bütün qonaq komandalar üçün çətin olur. Buna baxmayaraq, biz səfərə üç xal üçün yollanacağıq.

- "Zirə" ilə bundan əvvəlki oyunda dubla imza atdığınızı nəzərə alsaq, əvvəlki formanızı bərpa etdiyinizi söyləmək olar?
- Bəli, iki qol vurdum. Amma mənim üçün daha vacib olan komandamızın uğur qazanmasıdır. Hələ əvvəlki formamı tam bərpa etdiyimi deməzdim. Bunun üçün müəyyən vaxt lazımdır.

- Həmin oyunu izləyən millinin baş məşqçisi Robert Prosineçkinin üzündən vurduğunuz qollara görə razılığı hiss etmək çətin deyildi. Oyundan sonra sizinlə söhbət etdi?
- Xeyr, söhbət etmədik.

- Gəncə səfərindən sonra sizi daha ağır səfər oyunu gözləyir. Komandanızın Avropa Liqasında İtaliya "Fiorentina"sına qarşı səfər matçındakı şansları barədə nə deyə bilərsiniz?
- Rəqibimiz təkcə İtaliyada yox, bütövlükdə, dünyada məşhur komandadır. Bizi çox çətin oyun gözləyir. Rəqibin heyətində kimisə fərqləndirmək istəməzdim. Bütün oyunçuları yaxşıdır.

- "Qarabağ"da Reynaldo əvvəlki oyununu göstərə bilmir, Dino Ndlovu da hələ öz oyununu tapmayıb. Razısınız ki, hücum xətti ən problemli mövqeyinizdir?
- Bu barədə heç nə deyə bilmərəm. Nədə güclü, nədə zəif olduğumuzu baş məşqçi daha yaxşı bilir. Ola bilər ki, hansısa oyunçunun oyunu alınmır. Amma bu, onun pis futbolçu olmasından xəbər vermir. Fikrimcə, bundan sonra hər şey yaxşıya doğru dəyişəcək.

- Çempionatda hansı komandaları özünüzə əsas rəqib hesab edirsiniz?
- Bizim üçün çempionatın hər bir matçı çətindir. Amma xüsusi olaraq "Qəbələ"ni qeyd edərdim. Onlar bu mövsüm çox yaxşı təsir bağışlayırlar. "İnter"i də unutmaq olmaz.

- Sizi qarşıda gərgin həftə gözləyir. Öncə "Kəpəz", sonra "Fiorentina", "Qəbələ" ilə oyunlar. Hələ üstəlik yığmamızın heyətində Norveç və Çexiya ilə oyunlar da olacaq...
- Bəli, bizi çətin oyunlar gözləyir. Bunu yığmamızın matçlarına da aid etmək olar. Amma bu cür qrafik heç kimi qorxutmamalıdır. Biz yaxşı oynamağa və maksimum nəticə qazanmağa çalışacağıq.

- Yeni komanda yoldaşınız Boyan Şaranov bir neçə gün öncə vaxtilə İsrail "Makkabi"si ilə "Xəzər Lənkəran"a qarşı keçirdiyi oyunu (0:8) yada saldı. Həmin oyunda bu qapıçıya qarşı siz də oynamışdınız...
- O, "Qarabağ"a gələndə "Makkabi" ilə görüşdə bu qapıçının durduğunu bilmirdim. Yalnız həmin oyunla bağlı söhbət düşəndən sonra bilmişəm ki, Lənkərandakı görüşdə o qapıda durubmuş. Bu barədə elə də geniş söhbətimiz olmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.