23 sentyabr 2016 16:40
Qarabağ Fiorentinadan xal ala bilər
İtaliyanın "Fiorentina" klubunun rəsmi saytı azarkeşləri arasında sorğu keçirir. Azerisport.az xəbər verir ki, sorğuda komandanın qarşıdakı üç rəsmi oyundan neçə xalla ayrılacağına dair azarkeşlərin fikri öyrənilir.
Qeyd edək ki, Paulo Souzanın komandasını qarşıda "Milan" və "Torino" ilə çempionat, "Qarabağ"la isə Avroliqa matçı gözləyir.
Hazırda fanatlar "Fiorentina"nın bu üç oyundan 7 xalla ayrılacağına daha çox səs veriblər - 30 faiz. İtaliyalı fanatlar arasında komandanın hər üçündə qələbə qazanacağına da inananlar var - 27 faiz. 14 faiz isə komandanın 5 xal qazanacağını proqnozlaşdırır. Qalan variantlar 10 və daha az faiz toplayıb.
