23 sentyabr 2016 15:30
Sumqayıt şikayət etdi: hakim cəzalanmalıdır
"Sumqayıt" Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış "Qəbələ" ilə səfər oyununun (0:2) hakimliyindən şikayət edib. Azerisport.az xəbər verir ki, klub rəsmiləri matçdan sonra oyunun protokolunda 85-ci dəqiqədə vurulmuş ilk qol epizodunda ofsayd olduğunu qeyd ediblər.
Bu ofsaydın qeydə alınmamasını nəticəyə birbaşa təsir edən səhv kimi vurğulayan sumqayıtlılar hakimlərin cəzalanmasını tələb ediblər.
