23 sentyabr 2016 13:40
Rövşən Hüseynli: Millini çətin vəziyyətdə qoymaq istəməzdim
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli DÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Portuqaliyaya qarşı oyunu buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, o, "İnstaqram"dakı səhifəsində bununla bağlı fikirlərini bölüşüb:
"Komandamızı çətin vəziyyətdə qoymaq istəməzdim. Amma qismət belə imiş. Ümid edirəm ki, Emin Kürdov qələbə qazanmağımız üçün əlindən gələni edəcək".
Qeyd edək ki, Hüseynli ötən gün 1/8 final mərhələsi çərçivəsində Tailanda qarşı oyunda (13:8) qol vurduqdan sonra sarı vərəqə almışdı. O, ilk belə xəbərdarlığı isə qrup mərhələsi çərçivəsində İrana qarşı oyunda (3:3) adi vəziyyətdə, topdaşıyan uşağın üstünə qışqırdığına görə almışdı.
