23 sentyabr 2016 13:20
Millimizin qapıçısı liderliyi əldən verdi
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli Kolumbiyada təşkil olunan dünya çempionatının geridə qalan dövründə ən çox seyv edən oyunçudur. Azerisport.az xəbər verir ki, 64 seyvə imza atan qapıçımız bu göstəriciyə görə liderdir.
Amma bu, onun DÇ-nin ən yaxşı qapıçısı adını qorumasına kömək etməyib. Belə ki, ümumi nəticədə argentinalı qapıçı Nikolas Sarmientu liderliyə yüksəlib.
Bombardirlərin yarışında isə Vassura ilə Tyaqu 4-5-ci yerlərdə qərarlaşıblar. Onların hər ikisinin hesabında 6 qol var. Altıncı pillədə isə Fineo qərarlaşıb.
