23 sentyabr 2016 12:45
Ceyhun Sultanov: Samir Abasov emosiyalı halda belə danışıb
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov baş məşqçi Samir Abasovun "Qəbələ"yə qarşı oyundan sonra səsləndirdiyi fikirlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Baş məşqçini başa düşmək olar. Oyundan sonra o, əsəbi idi. Bütün bunlar emosiyalı olduğu üçün idi. Bizim 23 oyunçumuz var. Baş məşqçi kimi istəyibsə, onları da almışıq. Yenə də deyirəm ki, emosiyalı olduğu üçün belə danışıb. Ola bilər ki, hansısa mövqe onu qane etmir. Amma bir mövqeyə cəmi bir oyunçunun olması halı yoxdur. Bizdə sağ cinahda oynaya biləcək Vaqif Güləliyev var. Həmçinin Rail Məlikov da bu cinahda bizə kömək edə bilər".
