23 sentyabr 2016 12:30

Tyaqu: 13:8 normal nəticə olmasa da, vacib olan qələbə qazanmağımızdır

Futzal üzrə Azərbaycan yığmasının üzvü Tyaqu DÇ-2016-nın 1/8 final mərhələsində Tailanda qarşı keçirdikləri oyundan (13:8) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Bu, normal oyun deyildi. Xüsusilə də görüşün nəticəsi. Amma qələbə qazanmağımız çox vacib idi".

Het-trikə imza atan futbolçu sərgilədikləri oyunu belə şərh edib: "Komandamız bu gün yaxşı oynadıq. Çox futbolçumuz qol vurdu, eləcə də mən. Matçın nəticəsi dəfələrlə dəyişdi. Amma bu, futzaldı. Qalib gəldiyimiz üçün şadam. Hamımız mərhələ adladığımız üçün sevincliyik. Artıq Portuqaliya ilə oyun barədə düşünməliyik".

Tyaqu eyni zamanda matçın çox çətin keçdiyini də etiraf edib: "Çoxlu qol vursaq da, əslində çətin matç oldu. Çox yorğunam. Xüsusilə də ayaqlarım. Əlavə vaxt oynamaq çox ağırdır. Amma Portuqaliyanın da yorğun olduğunu düşünürəm. Artıq toparlanmaq və bərpa olmaq barədə düşünməliyik. Tailandla görüşü unudub, növbəti matça köklənməliyik".

Tailandla oyunda millimizin üç üzvü - Rövşən Hüseynli, Fineo və Vassura cəzalı duruma düşdüyü üçün Portuqaliyaya qarşı oynaya bilməyəcək. Tyaqu komandadakı itkilərlə də bağlı fikirlərini bölüşüb: "İtkilər barədə düşünmək lazım deyil. Onları kimlərlə əvəz etməyi düşünməliyik. Bizdə Ramiz, İsa, Xətai kimi oyunçular da var. Onlar kömək etməlidirlər. Hər birinin potensalı var".

Millimizin liderlərindən biri olan futzalçı Portuqaliya barədə də danışıb: "Çox güclü komandadır. Amma bu oyun öncəsi yaxşı məşq etməli və səhvlərimizi aradan qaldırmalıyıq. Portuqaliyanın çoxlu yaxşı oyunçusu, əla müdafiəsi var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.