23 sentyabr 2016 12:15
Mahir Şükürov: Demişdim ki, Neftçidən başqa heç yerdə oynamayacağam
"Neftçi"nin düşərgəsində məşqlərə başlayan Mahir Şükürov bununla əlaqədar sosial şəbəkədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, millimizin sabiq futbolçusu "ağ-qaralar"ın kapitanı Araz Abdullayevlə birgə fotosunu paylaşıb və bunları qeyd edib:
"Hər şey yaxşıdır. Mən demişdim ki, "Neftçi"dən başqa heç yerdə oynamayacağam. Budur, evimdəyəm".
