23 sentyabr 2016 11:30
Millimiz üç oyunçusunu itirdi
Futzal üzrə Azərbaycan yığması DÇ-2016-nın 1/8 final mərhələsində Tailanda 13:8 hesabıyla qalib gəlib 1/4 finala yüksəlsə də, 3 aparıcı oyunçusunu itirib. Azerisport.az xəbər verir ki, bu oyunda iki xəbərdarlıq alan qapıçı Rövşən Hüseynli, Vassura və Fineo növbəti mərhələdə millimizə kömək edə bilməyəcək.
Qeyd edək ki, yığmamız 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq.
