23 sentyabr 2016 11:00
Miltinyo: İrəliyə doğru daha bir addım ata bildik
Futzal üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilmiş Tayland – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Miltinyo fikirlərini bölüşüb. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:
“Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından. Bizim də, rəqibimizin də üstün olduğu məqamlar vardı. Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”.
