23 sentyabr 2016 00:45

Rəşad Sadıqov: Bu templə davam etsək...

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun 19 yaşlılardan ibarət komandasını baş məşqçi kimi ilk rəsmi oyununa çıxarıb. Azerisport.az xəbər verir ki, onun çalışdırdığı komanda səfərdə "Zirə"yə 1:2 hesabıyla məğlub olub.

Sadıqov baş məşqçi kimi debüt oyunu haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

"Baş məşqçi kimi ilk oyunuma çıxdım. Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir. Baş məşqçilik çox məsuliyyətli işdi. Oyuna gəldikdə isə, hər iki komandanın ifasında maraqlı və gərgin mübarizə izlədik. Hər iki komanda istəkliydi, nəticə üçün əllərindən gələni edirdilər. Bu da sevindiricidir ki, gənclərimiz 90 dəqiqə mübarizə apardı. Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır. İki aya yaxın idi ki, bunun üzərində işləyirdik. Bu qarşılaşmada da əsas komandamıza aid oyun fəlsəfəsinin şahidi olduq, amma buna baxmayaraq daha çox çalışmalıyıq. Qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Komandanın göstərdiyi oyundan razı qaldım, verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Fərdi səhvlərə görə məğlub olduq. Amma belə templə davam etsək, daha yaxşı oyun göstərib nəticələr əldə edə bilərik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.