22 sentyabr 2016 19:40

Samir Abasov: Sözlərim rəhbərliyin xoşuna gəlməsə, məni qova bilər

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Matçın belə bir ssenari ilə keçəcəyini gözləyirdik. Əks-hücumlara üstünlük verdik. Birinci hissədə uyğunlaşdıq. Amma yenə də çətin idi. Mən oynadığım dövrdə də belə idi. Qol şanslarımız oldu, amma yararlana bilmədik".

"Rəqibə iradım yoxdur. Amma mənə maraqlıdır ki, Roman Qriqorçuk də mənim kimi məşqçidir. Kifayət qədər də qazanır. Ona əsəbləşmək, söyüş söymək olar, mənə yox? İlk qol epizodunda ofsayd var idi. Hakimə də dedim ki, bizim oyundankənar vəziyyətimizi qeydə alırsansa, buna niyə göz yumursan? Əsəbləşdim və texniki zonadan uzaqlaşırıldım. Bütün bunlar məni çox məyus edir. Qələbəyə yaxın idik. Bax bu, daha üzücüdür. Xalımızı əlimizdən aldılar".

Abasov heyətlə də bağlı narazılığını dilə gətirib: "Mövsümə bircə sağ cinah müdafiəçisi ilə başlamışıq. Buna baxmayaraq, qarşımıza yüksək hədəflər qoyuruq. Amma başqa klublarda bir mövqeyə 2-3 oyunçu var. Kimdir günahkar? Rəhbərlikdən soruşun. Mən qovulmaqdan qorxmuram. Nə var, onu deyirəm. Rəhbərlik sözlərimdən xoşlanmasa, məni qova bilər".

"Qriqorçuk mənim özümü ələ almağımı məsləhət görür? O, məni sakitləşdirməməlidir. Necə sakit olum ki, bizə ofsayddan qol vururlar?"

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.