22 sentyabr 2016 19:10
Roman Qriqorçuk: Birinci hissədə piyada futbol oynadıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qələbə qazandığımız üçün razıyam. Vacib üç xal qazandıq. Amma birinci hissədə çox ləng idik. Fasilədə uşaqlara dedik ki, belə davam etmək olmaz. Piyada futbolu oynayırdıq. İkinci hissədə daha aqressiv oynadıq, qollar vurduq, qələbə qazandıq. Xüsusilə də Dabonun ikinci qol zamanı sürətini qeyd edərdim. 90-cı dəqiqədə elə sürət yığmaq diqqət çəkməyə bilməz". (CBC)
