22 sentyabr 2016 18:20

Kəpəzin yeni rəsmisini tanıyaq

Xəbər verdiyimiz kimi, "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin Müşahidə Şurasının qərarı ilə Cabir İbrahimov "Kəpəz" Peşəkar Futbol Klubunun icraçı direktoru təyin olunub.

Azerisport.az xəbər verir ki, İbrahimov Cabir Qabil oğlu 18 iyun 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə orta məktəbi bitirib, elə həmin  ildə də Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinə daxil olub. 2007-ci ildə Universiteti bitirib. 2008-2009-cu ildə hərbi xidmətdə olub. 2009-cu ildən Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin Gəncə regional şöbəsində inzibatçı vəzifəsində işləyib. Uzun illər idmanla məşğul olub. Azərbaycan Respublikasının “İdman Ustasıdır” benc-press (ağırlıq qaldırma) üzrə dəfələrlə Respublika Çempionu və rekordçusu, böyüklər arasında dünya və Avropa yarışlarının mükafatçısı olub. 4 yanvar 2016-cı ildən “Kəpəz” Peşəkar Futbol Klubunda İnfrastruktur üzrə mütəxəssis vəzifəsində çalışıb. Ailəlidir, iki uşağı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.