22 sentyabr 2016 16:00

Rasim Ramaldanov: Gürcü klubları bizim komandalardan zəif deyil

Gürcüstanın "Kolxeti" klubunun müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi

- Komandanız Gürcüstan kubokunun 1/8 finalında "Sioni"ylə oyunda sizin vurduğunuz qol sayəsində mərhələ adladı. Öncə bu barədə fikirlərinizi bölüşərdiniz...
- 1:0 hesablı qələbə sayəsində mərhələ adladıq. Buna görə çox sevincliyik. Amma oyun heç də asan keçmədi. Oyundakı yeganə qolu mən vurdum ki, bu da çox xoşdur.

- Azərbaycanda olarkən belə məhsuldar çıxış etmirdiniz. Amma "Kolxeti"də artıq ikinci qolunuzu vurursunuz...
- Hər şeydən öncə hər oyunda meydana çıxdığıma görə şadam. Hələ ki, iki qol vurmuşam. Amma qollarımın sayı daah çox ola bilərdi. Belə qollar vurmağımda daha çox baş məşqçinin rolu var. Çünki o, mənim ucaboy olmağımdan standart vəziyyətlər zamanı yararlanmağa çalışır. Məşqlərdə də bunun üzərində çox çalışırıq. Ümid edirəm ki, bu məhsuldarlığım davamlı olacaq.

- Komandanızın kubokdakı hədəfi nədən ibarətdir? Bu turnir vasitəsilə Avropa Liqasına vəsiqə qazana biləcəksiniz?
- Kubokda uğur qazanmağı hədəfləmişik. Öz gücümüzə inanırıq. Həm kuboku, həm də avrokuboklara vəsiqə qazanmaq barədə düşünürük.

- Gürcüstan futbolu barədə fikirləriniz maraqlıdır. Bu ölkədə legioner həyatı yaşamağa dəyərmi?
- Niyə də yox? Bu ölkənin futbolu xoşuma gəlir. Bizə münasibət də yaxşıdır. Gürcüstan futbolunun səviyyəsi yaxşıdır. Burada bütün komandalar topla oynamağı xoşlayır.

- Bəs Azərbaycan futbolu ilə müqayisə aparsaq?
- Təşkilatçılıq baxımından Azərbaycanda vəziyyət daha yaxşıdır. Amma Gürcüstan klubları bizimkilərdən zəif deyil. Baxmayaraq ki, "Qarabağ"la "Qəbələ" indi çox güclü təsir bağışlayır. Bütövlükdə götürsək, mənim üçün iki ölkə futbolu arasında ciddi müqayisə aparmaq çətindir. Çünki kimin nədə üstün olduğunu demək çətindir.

- Qışda Azərbaycana qayıtmağı düşünmürsünüz? Maraqlanan var?
- Xeyr, Azərbaycandan təklif almamışam. Amma burada artıq söhbətlər var. Ümid edirəm ki, qışda təklif gəlsə, seçim edərəm.

- Maddi baxımdan orada vəziyyətin yaxşı olmadığını nəzərə alsaq, yəqin ki, orada az qazanırsınız...
- Allaha şükür, yaşayırıq (gülür). Bundan da az maaşa oynadığım vaxtlar olub.

- Robert Prosineçki sizinlə maraqlanır?
- Lazım bilsələr, hər zaman yığmaya kömək etməyə hazıram. Amma Prosineçkinin mənimlə maraqlanıb-maraqlanmadığını siz məndən daha yaxşı bilərsiniz. Öyrənsəz, mənə də xəbər edərsiz (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.