22 sentyabr 2016 15:00
Avropa nəhənglərinin skautları Qəbələnin oyununu izləyib
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı səfər oyununu (1:3) qitənin bir sıra nəhəng klublarının skautları da izləyib. Azerisport.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunu izləyənlər arasında İngiltərənin "Mançester Siti", "Arsenal" və "Nyukasl", İspaniyanın "Valensiya", Almaniyanın "Borussiya" (Dortmund) klublarının da skautları olub. Onlar Belçika təmsilçisinin gənc futbolçularını, xüsusilə də 19 yaşlı Yuri Tilemansı izləməyə gəlibmiş. Amma Tilemans qarşılaşmanın əvvəlində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.
