22 sentyabr 2016 14:30
Rusiya yığmasının kapitanı: Azərbaycan millisinin oyunu çox xoşuma gəlir
Futzal üzrə Rusiya yığmasının kapitanı Vladislav Şayahmetov Azərbaycan millisinin DÇ-2016-dakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandanız dünya çempionatında güclü təsir bağışlayır. Bunu qrup mərhələsindəki oyunları da göstərdi. Kimisə fərqləndirməyəcəyəm. Sadəcə, onu deyərdim ki, güclü heyətə malik komandadır. Yığmanızın oyunu çox xoşuma gəlir. Onlar İspaniyaya da qarşı çox yaxşı oynadılar. İki avtoqol olmasaydı, ispanlara çox çətin olacaqdı".
