22 sentyabr 2016 14:00
Ramaldanov qol vurdu, komandası kubokda mərhələ adladı
Futbol üzrə Gürcüstan Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Bolnisi "Sioni"si ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 1:0.
Ramaldanov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü 90 dəqiqə mübarizə aparıb. Komandasının qələbə qoluna da məhz Ramaldanov imza atıb.
