22 sentyabr 2016 13:00
Qarabağın zədəliləri məşqə başladı
Topaz Premyer Liqasının 5-ci turunda “Zirə” ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən "Qarabağ"ın iki futbolçusu Muarem Muarem və Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib. Azerisport.az klub saytına istinadla xəbər verir ki, hər iki futbolçunun zədəsi ciddi deyil və dünəndən etibarən komandayla məşq edirlər.
Digər zədəli futbolçu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb.
