22 sentyabr 2016 12:00
Roman Qriqorçuk: Qrafik sıx olsa da, Sumqayıtla matça ciddi yanaşmalıyıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış "Sumqayıt"la oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Allaha şükür ki, heyətdə itki yoxdur. Bütün futbolçularımız sıradadır. Bərpa prosesi də yaxşı keçir. Hazırda oyun qrafikimiz çox sıxdır. Buna baxmayaraq, "Sumqayıt"la oyuna çox ciddi yanaşmalıyıq. Bu rəqiblə həmişə belədir. Oyuna yaxşı köklənmişik və ciddi mübarizə gözləyirik".
