22 sentyabr 2016 11:20

Fariz Nəcəfov: Qəbələ qrupdan çıxmaq istəyirsə...

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov klubun U-19 komandasının UEFA Gənclər Liqasında Moskva "Dinamo"suna (Rusiya) qarşı keçirdiyi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Nəticə çox da önəm kəsb etmir. Maraqlı oyun gözləyirdik. Rəqibdən daha yaxşı oynadıq. Həm komanda, həm də fərdi olaraq üstün idik. Təəssüf ki, nəticə oyuna görə olmadı. Ələ düşən şanslardan yararlana bilmədik. Cavab qarşılaşmasında daha yaxşı çıxış etməyə çalışacağıq.

- Bəlkə təcrübə çatmadı?
- Bununla razı deyiləm. Bu uşaqların çoxu millidə çıxış edir. Onlar müxtəlif turnirlərdə, toplanışlarda iştirak ediblər. Sadəcə, bəxtimiz gətirmədi.

- Sizcə, Roman Qriqorçuk bu oyundan razı getdi?
- Söhbətimiz oldu. Bu komandada bir neçə futbolçu var ki, onları yaxından izləyir.

- Ötən mövsüm “Qəbələ” Premyer Liqanın birinci dövrəsini lider kimi tamamladı, sonda çempion "Qarabağ" oldu. Bu mövsüm də ilk dövrəni lider kimi başa vurmağa yaxınsınız...
- Ötən mövsüm bizim üçün yaxşı bir təcürbə oldu. Premyer Liqa ilə yanaşı Avropa Liqasında da mübarizə aparırdıq. Həmin səhvlərdən nəticə çıxarmışıq. Həmçinin ötən mövsüm Akademiyamızdan çıxan futbolçular təcrübəsiz idilər, indi vəziyyət fərqlidi. Yəni, dəyişiklik etmək üçün baş məşqçinin kifayət qədər seçimi var. Mövsümün əvvəlində Qriqorçukla da bu barədə söhbətimiz olub. Rotasiya baxımından problem olmamalıdır.

- Hansısa yeni transfer, azad agent statuslu oyunçu almağınız mümkündür?
- Xeyr, olmayacaq.

- Avroliqanın qrup mərhələsinin ilk turunda Belçika "Anderlext"inə məğlubiyyətdən sonra hədəfiniz dəyişməyib?
- Hədəfimiz birdir - qrupdan çıxmaq. Bunsuz meydana çıxmağın əhəmiyyəti də yoxdur. Qrupumuzda güclü komandaların yer aldığını başa düşürük. Amma şans varsa, bundan yararlanmaq lazımdır.

- Demək olar ki, bu yolda ev oyunları həlledici əhəmiyyət daşıyacaq?
- Səfər matçları da az önəm kəsb etmir. Qrupdan çıxmaq istəyiriksə, bütün oyunlarda uğur qazanmağa çalışmalıyıq.

- "Qəbələ"nin bu mövsüm də çempionatdakı əsas rəqibi "Qarabağ"dır?
- Bəli, əsas rəqib “Qarabağ”dı, amma “İnter”i də siyahıdan silmirəm. Eləcə də digər klubları. Yenə deyirəm, ötən ilki səhvlərdən nəticə çıxarmışıq. Rəqibdən asılı olmayaraq, hər oyunda maksimum güc sərf etmək lazımdır.

- "Bakcell Arena" Almaniya "Maynts"la oyuna qədər hazır olacaq?
- Bu işə baxanların dediyinə görə, ən azı 80 faiz hazır olacaq.

- UEFA-dan gələn vəsait büdcəyə nə dərəcə kömək edir? Həmin pullar büdcənin neçə faizin təşkil edir?
- Avropa Liqasında qalib gələndə futbolçulara verilən mükafatlar da artır, bunu da nəzərə alın (gülür). Amma təbii ki, həmin vəsait xeyli kömək edir. Faiz hesabı ilə götürsək, təqribən 40% söyləmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.