22 sentyabr 2016 18:53

Dabonun dublu Qəbələni vahid liderə çevirdi

Bu gün Topaz Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib.

Meydan sahibləri bu oyunda qələbə qazanmaqla turnir cədvəlində vahid liderə çevrilə bilərdi. Sumqayıtlılar üçün isə səfərdə qazanılacaq 1 xal da böyük uğur hesab olunacaqdı. Qarşılaşmada uzun müddət pozulmayan sükutu yalnız 85-ci dəqiqədə meydan sahiblərinin forvardı Baqali Dabo pozub. O, beş dəqiqə sonra daha bir qol vurub. Doğma meydanda qazanılan inamlı qələbə "Qəbələ"ni çempionatın vahid liderinə çevirib.

Topaz Premyer Liqası
3-cü turun oyunu

22 sentyabr (cümə axşamı)

“Qəbələ” - “Sumqayıt” - 2:0 (0:0)
Qol: B.Dabo, 85 (1:0). B.Dabo, 90 (2:0).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 18. Baqali Dabo, 20. Rikardinyo, 27. Teo Uiks, 30. Petar Franyiç, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin İsmailzadə, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Rail Məlikov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednejad, 22. Mirabdulla Abbasov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Samir Abasov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.