22 sentyabr 2016 02:10
Qəbələnin rəqibi xal itirdi
Futbol üzrə Fransa çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Nant" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, "Sent-Etyen" 9 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.
