22 sentyabr 2016 02:00
Qarabağın rəqibi Udineze ilə bacarmadı
Futbol üzrə İtaliya çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Udineze" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 7 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.
