22 sentyabr 2016 01:20
Ansi Aqolli: Fiorentina barədə Kəpəzlə oyundan sonra düşünmək olar
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Zirə" üzərində qazandıqları qələbədən (2:0), eləcə də qarşıdakı "Kəpəz"lə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə" ilə oyunda vacib qələbə qazandıq. Bizim üçün hər bir oyun önəmlidir. Bütün qarşılaşmalarda maksimum güc sərf edib, hədəfimizə çatmağa çalışırıq. Avropa Liqasında "Fiorentina"ya qarşı keçirəcəyimiz oyuna kimi daha bir çempionat matçımız var. Bizi "Kəpəz"lə oyun gözləyir. Bu qarşılaşmaya da qələbə üçün çıxacağıq. Yalnız ondan sonra İtaliyadakı oyun barədə düşünmək olar. Bircə onu deyə bilərəm ki, "Fiorentina" böyük klubdur və rəqibə hörmətlə yanaşırıq".
