22 sentyabr 2016 01:00

Saşa Yunisoğlu: Səbailin hədəfi Premyer Liqaya vəsiqə qazanmaqdır

"Səbail"in müdafiəçisi Saşa Yunisoğlu komandasının Birinci Diviziondakı çıxışından danışıb, şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Heç vaxt nə vaxtsa Birinci Divizionda oynayacağımı düşünməmişdim. Amma həyatda hər şey mümkündür və indi yeni yaranmış "Səbail"lə məhz bu liqada çıxış edirəm. Klub rəhbərliyi gəncdir, iddialıdırlar. Ən əsası futboldan başı çıxan insanlardır. Azərbaycan futbolunun inkişafına töhfə vermək istəyirlər".

Millimizin sabiq müdafiəçisi artıq yeni komandasında qol da vurmağa imkan tapıb: "Hə, son oyunumuzda qollardan birini mən vurdum. Bu, çox xoşdur. Amma əsas komandamızın qələbə qazanması, 3 xala sahib çıxmasıdır".

"Şahdağ"ın veteran futbolçusu Kamran Nurəhmədovun "mən 49 yaşımda meydana çıxıramsa, deməli, Azərbaycanda futbol yoxdur" açıqlamasını eşitmişəm. Ona veteran futbolçu kimi hörmətim var. Hər kəsin öz fikri var. Məncə, Nurəhmədov bunu Birinci Divizionun əvvəlki mövsümlərinə aid edib. Bu mövsüm isə qeyri-adi olmalıdır. Özünüz də bu mövsümün necə maraqlı olacağını görəcəksiniz".

"Səbail"in kapitanı komandasının hakimlərin köməyi sayəsində Premyer Liqaya çıxarılacağı barədə iddialara da cavab verib: "Belə söhbətləəfikir verməməyə çalışıram. "Səbail" bu mövsüm artıq iki inamlı qələbə qazanıb. Belə olan halda hakimlər bizə necə kömək edə bilər, başa düşmürəm. Hər kəsi komandamızın oyununa dəvət edirəm. Qoy gəlib öz gözləri ilə necə oynadığımızı görsünlər. Məncə, əvvəlki mövsümlərlə müqayisədə Birinci Divizionun səviyyəsi çox yüksəlib. Bu mövsümdən tətbiq olunan limit də çox düzgündür. Oyunların televiziyada yayımlanması, qarşılaşmaların Premyer Liqa hakimləri tərəfindən idarə olunması da çox böyük təsir göstərir. Fikrimcə, zaman keçdikcə divizion Premyer Liqadan sadəcə, adına görə fərqlənəcək".

"Biz mövsümə pis başlamamışıq. Amma bu, uzun marafondur. Ona görə də sonda necə olacağını demək çətindir. Heyətimiz daha çox gənc futbolçulardan təşkil olunub. Ramazan Abbasovla mən yaşlı futbolçu kimi gəncləri arxayınlaşmamağa çağırırıq. Çünki futbolda bunu bağışlamırlar. "Səbail"in hədəfi Premyer Liqaya çıxmaq, gələcəkdə ölkənin ən böyük klublarından biri olmaqdır. Məni də məhz bu cəlb etdi və və heç nəyə görə təəssüflənmirəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.