22 sentyabr 2016 00:10
Qəbələnin rəqibi səfərdə qalib gəldi
Futbol üzrə Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Verder"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Qeyd edək ki, 4 turdan sonra 7 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 7-ci pillədə qərarlaşıb.
