22 sentyabr 2016 00:05
Eddi İsrafilov oynadı, komandası qalib gəldi
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Numansiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
İsrafilov start heyətdə meydana çıxıb, fasilədə əvəzlənib. O, matçın 40-cı dəqiqəsində sarı vərəqə də alıb.
Qeyd edək ki, "Kadis" 6 turdan sonra 8 xalla 22 klub arasında 8-ci pillədə qərarlaşıb.
