22 sentyabr 2016 00:00
Bernard Lippert: Qəbələ məğlubiyyətə layiq deyildi
AFFA-nın texniki direktoru "Qəbələ"nin UEFA Gənclər Liqasında Rusiyanın "Dinamo" klubunun U-19 komandası ilə ilk oyununu izləyib və matçdan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Dinamo"nun bu gün bəxti gətirdi, hər iki qolu kuryoz alındı. "Qəbələ" məğlubiyyətə layiq deyildi. Bu komanda özünü daha yaxşı tərəfdən göstərdi, nəinki rəqib. Fərdi baxımdan "Qəbələ" rəqibindən geri qalmadı. Komandamızın oyun tərzi xoşuma gəldi. Ad çəkməyəcəyəm, amma heyətdə perspektivli uşaqlar kifayət qədərdir. Amma onların öz üzərində daha çox çalışması lazımdır".
