21 sentyabr 2016 21:50
Şeydayev qol vurdu, Trabzonspor mərhələ adladı
Futbol üzrə Türkiyə Kubokunda ikinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - "Trabzonspor" da kubok sınağına çıxıb.
Sözügedən klub aşağı liqa təmsilçisi "Serhat Ardahan"la qarşılaşıb. Oyun trabzonluların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil də bu oyunda "Trabzonspor"un heyətində ilk rəsmi matçına çıxıb. O, 64-cü dəqiqədə meydana buraxılıb. Millimizin forvardı üçün debüt matçı uğurlu alınıb. O, 85-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb.
