21 sentyabr 2016 21:30
Dinamonun baş məşqçisi: Qəbələnin şəraiti bizimkindən yaxşıdır
Moskva "Dinamo"sunun (Rusiya) U-19 komandasının baş məşqçisi Sergey Çikişev UEFA Gənclər Liqasının startında "Qəbələ"yə qarşı keçirdikləri oyunu (2:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim üçün bu, debüt oyunu idi. Qələbə qazansaq da, yaxşı oynadığımızı deməzdim. Səhvlər var idi. Öz meydanımızda daha yaxşı oynamağa çalışacağıq. Şadam ki, lazım olan nəticəni qazana bildik. "Qəbələ" xoşuma gəldi. Xüsusilə də klubun infrastrukturunu qeyd edərdim. "Qəbələ"nin şəraiti bizimkindən yaxşıdır. Bu, güclü futbolçuların yetişməsinə yardım edəcək".
