21 sentyabr 2016 18:00

Rauf Əliyev: Hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır

"İnter"in hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilə çempionat oyununuz çox dramatik alındı. Son dəqiqələrə qədər məğlub durumda olduğunuz halda iki qol vurub, əzmkar qələbə qazandınız...
- Etiraf edim ki, buraxdığımız qoldan sonra hər şeyin itirildiyini düşünməyə başlamışdım. Çünki bu görüşdə o qədər də yaxşı oynamadıq. Amma sonda hər şey bizim üçün yaxşı bitdi.

- Qarşınızdakı komanda "Qəbələ"yə 0:8 hesabıyla uduzan "Neftçi" deyildi?
- Onların bizə qarşı tamamilə fərqli oyun sərgiləyəcəyini gözləyirdim. Çünki bu klubda ciddi dəyişikliklər baş vermişdi. Bu da həmişə futbolçulara əlavə güc verir.

- Bəs əzmkar qələbəni nəyin sayəsində əldə edə bildiniz?
- Son 10 dəqiqədə ancaq hücum barədə düşünürdük. Nəticədə də qələbə bizim oldu. İkinci qol zamanı topa çata bilməyəcəyimi düşünürdüm. Amma topun yavaşladığını görüb, sürətimi artırdım. Fikrimcə, Məqsəd İsayev də həmin epizodda topun arxasınca gedəcəyimi gözləmirdi.

- İkinci qolu birinciyə nisbətən daha çılğınlıqla qeyd etdiniz...
- Doğrudan da tam fərqli hisslər keçirdim. Yəqin ki, bu qolları matçın əvvəlində vursaydım, o qədər sevinməzdim. Amma bu qolu əlavə edilmiş dəqiqələrdə oldu. Məşqçilər korpusuna, komanda yoldaşlarıma da təşəkkürümü bildirirəm. Çünki mövsümün əvvəlindən bəri qol vura bilməsəm də, onlar mənə inanmağa davam edirdilər.

- Keçmiş komandanızdakı - "Neftçi"dəki vəziyyət barədə nə deyə bilərsiniz?
- İndi ancaq "İnter" barədə düşünürəm. Digər klublarda baş verənlər haqda danışmaq istəmirəm.

- Komandanız 11 xal toplayıb və ikinci pillədədir. "Qarabağ" və "Qəbələ"yə çempionluq yolunda müqavimət göstərə biləcəksiniz?
- Biz öz yolumuzla gedirik. Hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Hər kəsin bu mövsüm "Qarabağ"la "Qəbələ"ni favorit sayması da normaldır.

- Millinin baş məşqçisi Robert Prosineçki deyir ki, hələ Rauf Əliyev istədiyim formada deyil...
- Yığma barədə danışmaq istəməzdim. Qoy millidə oynamağa indi kim hazırdırsa, onlar da çağırılsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.