21 sentyabr 2016 19:00
Kəpəzin zədəliləri sağaldı
Bakıda məşq edən “Kəpəz” tam heyətlə hazırlıq keçir. Azerisport.az xəbər verir ki, Gəncə klubunun zədəli olan futbolçuları artıq sağalaraq bu gündən kollektivə qoşulub.
“Sumqayıt”la oyunu buraxan Tural Nərimanov və Orxan Əliyevin zədə problemi aradan qalxıb.
Nərimanov “Şərurspor”a qarşı yoxlama oyununda sıradan çıxmışdısa, Əliyev ötən həftə məşqlərin birində xəsarət almışdı.
