21 sentyabr 2016 18:30
Kəpəz Qarabağla oyunun hazırlığına başladı
Topaz Premyer Liqasının 6-cı turunda Gəncədə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” sentyabrın 20-dən qarşıdakı oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, “Sumqayıt”la matçdan sonra bir gün istirahət edən komanda Bakıda hazırlıq keçir.
Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edən “sarı-göylər” bu gündən başlayaraq sabah və birisi gün “Bakı”nın bazasında məşq edəcək. Məşq proseslərinin başlama vaxtı saat 11:00-dır.
