21 sentyabr 2016 17:30
Qəbələnin sabiq hücumçusu Ukrayna klubunda
"Qəbələ"ni sabiq hücumçusu Ruslan Fomin özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Ukraynanın "İliçevets" klubunda çıxış edəcək.
30 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Fomin "Qəbələ"də 2014/15 mövsümünün ikinci yarısında çıxış edib.
